ELM VƏ TƏHSİL


Məktəblərdə “Son zəng” çalındı

İyunun 14-də Azərbaycanın ümumi təhsil müəssisələrində “Son zəng” çalınır. İlk dəfə olaraq müəllim və şagirdlər bu əlamətdar hadisəni Vətən müharibəsində qalib gəlmiş xalqın övladları olaraq qeyd edirlər. 2020-2021-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirir. Bakı şəhəri Xətai rayonu 27 nömrəli tam orta məktəbdə də “Son zəng” tədbiri sosial məsafə gözlənilməklə açıq hava şəraitində təşkil olunub.