ELM VƏ TƏHSİL


Azərbaycana yay gəlib

Bu gün Bakı vaxtı ilə saat 07:32-da Azərbaycana yay fəsli daxil olub.
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur.
Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəqiqə 23 saniyə, gecənin uzunluğu isə 8 saat 56 dəqiqə 37 saniyə olacaq.