CƏMİYYƏT


Sabah Bakıda 39 dərəcəyədək isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyunun 23-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 34-39, Bakıda gecə 22-24, gündüz 37-39 dərəcə isti olacaq.