ELM VƏ TƏHSİL


İyulun 27-28-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 27-28-də I ixtisas qrupu, həmçinin iyulun 28-də IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək. İştirakçılar iyulun 16-dan etibarən Dövlət İmtahan Mərkəzinin saytından imtahana buraxılış vərəqəsini çap edə bilirlər.
DİM abituriyentlərin nəzərinə çatdırır ki, imtahanlar saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İyulun 27-si I ixtisas qrupu üzrə keçiriləcək imtahanda 19 min 184, iyulun 28-i I və IV ixtisas qrupları üzrə keçiriləcək imtahanlarda isə 14 min 426 nəfər olmaqla, ümumilikdə 33 min 610 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlarda 23 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edəcək.