CƏMİYYƏT


Sabah Bakıda hava yağmursuz olacaq

İyulun 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-25°, gündüz 28-33°, Bakıda gecə 23-25°, gündüz 31-33° isti olacaq.