CƏMİYYƏT


Bakıda 35° isti olacaq

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq.