CƏMİYYƏT


Sabah Bakıda 39° isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 24-27°, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 25-27°, gündüz 37-39° isti olacaq.