DÜNYA


Tailandda "Fil üstündə vaksinasiya" kampaniyası keçirilib

Tailandda insanları COVID-19 virusuna qarşı vaksinaisyaya həvəsləndirmək üçün özünəməxsus metod seçilib. "Fillər ölkəsi" kimi Tailandda səlahiyyətli qurumlar əhalinin fillərə olan xoş münasibətindən vaksinaisya üçün istifadə etməyi qərara alıblar. Belə ki, ölkənin Surin vilayətində sakinlərə filin üstündə vaksin olunmaq imkanı yaradılıb. Peyvəndlənmək istəyən şəxslər filin üzərində qalxır və tibb işçisi orada vaksini vurur. Surin rəhbərliyi hesab edir ki,"Fil üstündə vaksinasiya" kampaniyası sakinlərdə xoş xatirəyə çevriləcək. Bu kampaniyada iştirak edən sakinlər də fil üstündə vaksinlənməyin maraqlı olduğunu, hətta stresi aradan qaldırdığını düşünürlər.