CƏMİYYƏT


Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Azərbaycanda sentyabrın 27-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında 15-17°, gündüz 20-23° isti, Bakıda gecə 15-17°, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır