MÜSAHİBƏ


Zakir Həsənov: Cənab Ali Baş Komandan bugünkü müraciətində çox ciddi məsələlərə toxundu

Cənab Ali Baş Komandan bugünkü müraciətində çox ciddi məsələlərə toxundu.AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov 27 sentyabr - Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət edən zaman deyib. “Müraciəti Ordunun bütün şəxsi heyəti ilə birgə dinlədim. Bilin ki, cənab Ali Baş Komandan çox ciddi məsələlərə toxundu. Şəhidlərimizin xatirəsini anırıq, məzarlarını ziyarət edirik. Tədbirdə şəhidlərimizin yaxınları iştirak edir, xahiş edirəm, onlara diqqət göstərəsiniz. Yəqin ki, günün planına uyğun olaraq tədbirlər davam edəcək”, - deyə nazir vurğulayıb.