SİYASƏT


Əlahiddə Ümumqoşun Orduda şəhid ailələrinə müxtəlif orden və medallar təqdim edilib

Əlahiddə Ümumqoşun Orduda Vətən müharibəsinin başlanmasının ildönümü ilə əlaqədar keçirilən anım tədbirində bir qrup şəhid ailəsinin üzvü iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə şücaət göstərərək şəhid olmuş bir qrup vətən övladının ailə üzvlərinə müxtəlif orden və medallar təqdim edilib.Orden və medalların təqdim edilməsi mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib.