SİYASƏT


Şair Ramaldanov: Azərbaycan Ordusu 30 il müdafiədə duran düşməni 44 gün ərzində diz çökdürdü

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev özü 44 günlük müharibəni idarə edirdi. Bütün qərarları özü verirdi. Bu müharibə nəticəsində biz onun sərkərdəlik məharətini də gördük. 44 gün ərzində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nəticəsində 30 il müdafiədə duran düşmən diz çökdü. İllərdir Azərbaycan ordusu müasirliklə bərabər professionallıq prinsipi ilə formalaşmağa başladı. Düşmənə ancaq bu professionallıqla qalib gəlmək olardı. Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır