İQTİSADİYYAT


"Rebuild Karabakh" beynəlxalq sərgisi ilə bağlı mətbuat konfransı keçirilib

Oktyabrın 20-22-i tarixlərində Bakı Ekspo Mərkəzində "Rebuild Karabakh" – Azərbaycan Beynəlxalq "Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" sərgisi keçiriləcək. Sərginin əsas məqsədi Azərbaycanın ordusunun düşməndən azad etdiyi tarixi torpaqlarda bərpa işlərinə tövhə verməkdir. AZƏRTAC xəbər verir ki, bu sərgi ilə yanaşı eyni tarixlərdə 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi "BakuBuild 2021" və 13-cü Beynəlxalq "İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu" "Aquatherm Baku 2021" sərgisini özündə birləşdirən ənənəvi Xəzər İnşaat Həftəsi də başlayacaq.