MƏDƏNİYYƏT


Roma “Yeddi təpə şəhəri”

 Roma İtaliyanın paytaxtı, eyni zamanda, Latsio regionunun inzibati mərkəzidir. 2,8 milyon nəfər əhalisi olan şəhər Tiber çayı üzərində yerləşir. Roma İmperiyasının paytaxtı olmuş Roma Avropanın ən qədim şəhərlərindəndir. Roma “əbədi şəhər” və ya yeddi təpə üzərində yerləşdiyi üçün “yeddi təpə şəhəri” adlandırılır.Rəvayətə görə şəhərin bünövrəsi eramızdan əvvəl 753-cü il aprelin 21-də Romul tərəfindən qoyulub. Mənbələrə görə, Roma sözü yunan mənşəli olub “hünər, qoçaqlıq” mənasını daşıyır. Romanın ən qədim sakinləri özlərini patrisilər adlandırırdılar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır