CƏMİYYƏT


Sabah Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-10°, gündüz 11-14° isti, Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq.