CƏMİYYƏT


Sinoptiklərdən xəbərdarlıq: Havanın temperaturu 5-7 dərəcə enəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 1-i gündüzdən 2-si səhərədək şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25, yarımadanın bəzi yerlərində arabir 28 metrədək güclənəcəyi gözlənilir. Axşam yağış yağacağı ehtimalı var. Havanın temperaturu dekabrın 2-də ötən günlərlə müqayisədə 5-7° enəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır