DÜNYA


ABŞ-da BMT qərargahının qarşısına gələn naməlum silahlı şəxs saxlanılıb

ABŞ-da sığınacaq almaq məqsədilə BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahının qarşısına gələn naməlum silahlı şəxs polis tərəfindən saxlanılıb.Həmin şəxsin məqsədi BMT rəsmilərindən sığınacaq almaq olub.Hüquq-mühafizə orqanlarının əməkdaşları təşkilatın ofisi qarşısındakı küçəni bağlayıb və şübhəli şəxsə səsgücləndirici vasitəsilə xəbərdarlıq edilib. Polis naməlum şəxsə təslim olmağı desə də, o, əks halda intihar edəcəyini bildirib.