MƏDƏNİYYƏT


Görkəmli kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun doğum günüdür

Şamil Mahmudbəyov 5 dekabr 1924-cü ildə dünyaya gəlmişdir. Rejissorun ilk kino işi "Əyri yolla qazanc" qısametrajlı filmi olub. Ş.Mahmudbəyov yaradıcılığının davamı olaraq "Romeo mənim qonşumdur" lirik komediyasını, eyniadlı kinoalmanaxa daxil edilmiş "Qaraca qız" (1966) kinonovellasını, müxtəlif janrlara aid "Torpaq. Dəniz. Od. Səma", "Həyat bizi sınayır", "Skripkanın sərgüzəşti", "Dörd bazar günü", "Dərviş Parisi partladır" (K.Rüstəmbəyovla birlikdə), "Bayquş gələndə", "Od içində", "Tənha narın nağılı" (H.Turabovla birlikdə) filmlərini çəkmişdir. Rejissora böyük şöhrət qazandıran 1969-cu ildə çəkilmiş "Şərikli çörək" filmi olmuşdur. Şamil Mahmudbəyov "Şərikli çörək" filminə görə Dövlət Mükafatına layiq görülmüşdür. Görkəmli rejissor 1997-ci ildə Bakıda dünyasını dəyişmişdir.