SİYASƏT


Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin 880 illiyinə həsr edilən tədbir keçirilib.Tədbirdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyəti, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi və ictimaiyyət nümayəndələri iştirak ediblər.Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır