DÜNYA


Tonqada vulkan püskürməsi nəticəsində yaranan sunami Yaponiya sahillərinə çatıb

Polineziya ada dövləti olan Tonqada vulkan püskürməsi nəticəsində əmələ gələn sunami bazar günü səhər saatlarında Yaponiya sahillərinə çatıb. Nəticədə 210 mindən çox sakin hündürlükdə yerləşən ərazilərə təxliyə olunub.
AZƏRTAC xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi İvate prefekturasının sahillərinə 3 metr hündürlükdə dalğaların çata biləcəyi barədə xəbərdarlıq edib.
Eyni zamanda, şənbə günü gecə yarısı ərəfəsində Amamai şəhərinin sahillərində 1,2 metr hündürlükdə sunami qeydə alınıb. Bazar günü gücə saat 2:26 dəqiqdə İvate prefekturasında dalğaların hündürlüyü 1,1 metr çatıb.