DÜNYA


Anadolu ağ örpəyə bürünüb

Türkiyənin bütün bölgələrinə qar yağmaqda davam edir.Ağ örpəyə bürünən Anadolu təbi gözəlliyə qovuşsa da ölkə ərazisində bir sıra çətinliklər yaranıb.Havaların şaxtalı keçməsi yolların buz bağlamasına səbəb olub. Nəticədə bir sıra avtomagistrallarda, eləcə də şəhərdaxili xətlərdə nəqliyyatın hərəkəti çətinləşib. Yol-nəqliyyat qəzalarının sayı artıb.Yağıntılı, şaxtalı və əlverişsiz hava şəraitinin bir neçə gün davam edəcəyi barədə məlumat yayılıb. Əhaliyə xəbərdarlıq edilir ki, insanlar zərurət olmadıqda uzaq yola çıxmasın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır