DÜNYA


Rusiya hərbi qüvvələri Belarus ərazisinə gətirilib

Rusiya hərbi hissələri Rusiya-Belarus İttifaq dövlətinin silahlı qüvvələrinin potensialını yoxlamaq məqsədilə Belarus ərazisinə gətirilib. Respublikaya hərbi texnika, artilleriya, Sakit Okean donanmasının hərbi piyadaları ilə dolu eşelonlar daxil olub. Bundan sonra hərbçilər manevrlər keçiriləcək hərbi poliqona yollanacaqlar. Birgə təlimlərin aktiv fazası fevralda başlayacaq. Təlimlərin məqsədi xarici aqressiyanın qarşısının alınmasına hazırlıqdır.