SİYASƏT


Media nümayəndələri ilə keçirilən təlimlər başa çatıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Medianın İnkişafı Agentliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Müharibədən sonrakı reallıqlar və media” başlıqlı təlimlər başa çatıb.
Təlimin sonuncu günündə iştirakçılar Müdafiə Nazirliyinin Mətbuat Xidmətində, Hərbi Nəşriyyatında,  “Azərbaycan Ordusu” qəzeti redaksiyasında, eləcə də Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzində olublar.