MƏDƏNİYYƏT


Qusar rayonunun Ləzə kəndinin dörd bir tərəfindəki şəlalələr donaraq əsrarəngiz təbiət mənzərəsi yaradıb

Qusar rayonunun Ləzə kəndinin dörd bir tərəfindəki şəlalələr donaraq əsrarəngiz təbiət mənzərəsi yaradıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın şəlalələr diyarı adlandırılan Ləzədə 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir.Yaşayış məntəqəsində qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində buradakı donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir.Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kəndə yerli və əcnəbi tursitlərin marağı böyükdür.Ləzənin bir-birindən gözəl şəlalələri, təmiz havası ölkəmizdən kənarda da məşhurdur. 200 nəfərə yaxın əhalisi olan Ləzə kəndində 30-a yaxın ev var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır