MÜSAHİBƏ


Politoloq: Rize-Artvin Hava Limanı Bakı-Ankara arasında ticarət yollarının inkişafına böyük töhfə verəcək

Qara dənizin üzərində inşa edilən Rize-Artvin Hava Limanının açılış mərasimində iki qardaş ölkənin prezidentlərinin birgə iştirakı ölkələrimiz arasında olan dostluğun bariz göstəricisidir. Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov söyləyib. O, Rize-Artvin Hava Limanının Bakı-Ankara arasında ticarət yollarının inkişafına böyük töhfə verəcəyini vurğulayıb.