CƏMİYYƏT


Sabah bəzi yerlərdə yağış yağacağı proqnozlaşdırılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-16°, gündüz 18-21° isti, Bakıda gecə 14-16°, gündüz 19-21° isti olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır