MÜSAHİBƏ


Türkiyə Respublikası milli müdafiə nazirinin müavini: “Hər kəsi bu möhtəşəm festivala dəvət edirik”

2018-ci ildə Türkiyədə start verilən “TEKNOFEST” festivalı çox böyük marağa səbəb oldu. Bu gün sözügedən festival ilk dəfə Türkiyə hüdudlarından kənarda – qardaş ölkə Azərbaycanda keçirilir. 4 gün davam edəcək “TEKNOFEST Azərbaycan”da biri-birindən maraqlı müxtəlif layihələr təqdim ediləcək. Bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Muhsin Dere söyləyib.