DÜNYA


Türkiyədə baş verən uçqun insan itkisinə səbəb olub

Güclü yağıntı, sel və daşqınlar səbəbindən Türkiyədə fəsadların baş verməsi davam edir. Artvinin Kemalpaşa rayonunda insan tələfatına səbəb olan uçqun da bu sıradandır.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Artvin vilayətinin Qara dəniz sahil yolunda yerləşəm Hopa-Kemalpaşa şosesinin 25-ci kilometrliyində uçqun nəticəsində nəhəng qayalar 4 ağır tonnajlı maşının üstünə düşüb. Nəticədə bir nəfər ölüb, daha bir şəxs yaralanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır