DÜNYA


Antalyada meşə yanğını baş verib

AZƏRTAC Türkiyə mətbuatına istinadla xəbər verir ki, əraziyə helikopterlər cəlb olunub. Hazırda alovun söndürülməsi istiqamətində işlər davam etdirilir. Təxminən 2 saat davam edən yanğın nəticəsində iki hektar əraziyə ziyan dəyib. Yanğının baş vermə səbəbi açıqlanmayıb.