DÜNYA


Çinin Şensi vilayətində şiddətli yağışlar ciddi fəsadlara səbəb olub

Ardıcıl 13 saat davam edən yağış Conyan rayonunda evlərin, müxtəlif təyinatlı digər tikililərin, yolların dağılmasına səbəb olub. Bundan başqa, əkin sahələrini su basıb, avtomobilləri su aparıb. Rayonda daşqınlar ilə əlaqədar 2-ci dərəcəli fövqəladə mübarizə səviyyəsi elan edilib. Yol inşasında çalışan 5 fəhlə itkin düşüb. Hazırda onların axtarışı və təbii fəlakətin nəticələrinin aradan qaldırılması işləri aparılır. Meteoroloqlar yağıntılı hava şəraitinin növbəti 3 gündə də davam edəcəyini proqnozlaşdırıb.