CƏMİYYƏT


Sabah Bakıda 39, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 24-28°, gündüz 34-37°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27°, gündüz 37-39° isti olacaq.