DÜNYA


“Meari” tropik qasırğası Yaponiya sahillərinə çatıb

Tokionun cənubuna yaxınlaşan “Meari” tropik qasırğası şimal-şərq istiqamətində hərəkət edib.
Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Bildirilir ki, saniyədə 30 metr sürətlə əsən külək və güclü yağışlar səbəbindən Tokioda təqribən 10 min evə elektrik enerjisinin verilişi kəsilib. Yerli sakinlərə torpaq sürüşmələri, daşqınlar, şimşək çaxması və güclü külək barədə xəbərdarlıq edilib.