CƏMİYYƏT


Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 15-də Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 24-28°, gündüz 34-37°, bəzi yerlərdə 39° isti, Bakıda gecə 25-27°, gündüz 36-38° isti olacaq.