CƏMİYYƏT


Ölkənin bəzi yerlərində 42 dərəcə isti olacaq

Azərbaycanda avqustun 16-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 24-28°, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, Bakıda gecə 25-27°, gündüz 37-39° isti olacaq.