CƏMİYYƏT


Sabah Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacağı gözlənilir

Azərbaycanda sentyabrın 24-nə gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi ehtimal edilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 19-21°, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək.