DÜNYA


Hollandiyaya qaçaq yolla aparılan yazı Türkiyəyə geri qaytarılıb

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Ədliyyə və Xarici İşlər nazirlikləri ilə əməkdaşlıq çərçivəsində Türkiyəyə qaytarılan üzərində yazı həkk olunan daş səhər saatlarında İstanbul Hava Limanına gətirilib. Bu tarixi daş sərgilənmək üçün Türk və İslam Sənətləri Muzeyinə aparılıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən alınan məlumata görə, Mərmərə Universiteti Müəllim Prof. Dr. Neval Konuk Halaçoğlunun xəbərdarlığı ilə Nazirlik tərəfindən məscid kitabəsinin 2021-ci ilin sentyabrında Hollandiyada hərrac evində satışa çıxarılacağı müəyyən edilib. Kitabənin üzərində “Şilə Mahalının Bozqoca Kariyesi El Hacı İbrahim Zadə Hurşit Bəyin Məscidi Şərifinin Xeyriyyəsidir” yazısı memarlıq elementinin tərkib hissəsidir və onu heç bir dövrdə alıb satmaq mümkün deyil.