DÜNYA


Floridada miqrantlarla dolu qayıq qasırğaya düşüb

ABŞ-da Florida “İan” qasırğasına tuş gələn qayığın batması nəticəsində 18 kubalı miqrant itkin düşüb. Məlumata görə, dörd nəfər üzərək sahilə çıxıb, daha üç nəfər isə sudan xilas edilib. Onlar hipotermiya və susuzluq əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər. Bildirilir ki, Sahil Mühafizəsinin rəhbərliyi altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.