DÜNYA


Brüsseldə restoranların enerji böhranına qarşı maraqlı xidməti

Belçikanın paytaxtı Brüsseldə bir qrup restoran sahibi enerji böhranına qarşı maraqlı addım atıblar. Belə ki, onlar qazsız və elektriksiz gələcəyin qurmanlar üçün necə görünəcəyini təsvir edib. Həmin gün restoranda hazırlanan təamlarda və isti içkilərdə nə soba, nə də qəhvə maşınından istifadə olunub. Eyni zamanda insanlar əyləşən zallarda da lampa yox, şam işığı olub. Yeməklər isə kömür manqallarında bişirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır