DÜNYA


İndoneziyada stadionda baş verən iğtişaşlarda ölənlərin sayı 174-ə çatıb

İndoneziyanın Malanq şəhərində futbol matçında uduzan komandanın fanatlarının izdihamı və polisin kütləni dağıtmaq üçün gözyaşardıcı qaz vurması nəticəsində baş verən qarışıqlıqda ölənlərin sayı 174-ə yüksəlib.Bu barədə vilayətin qubernator müavini Əmir Dardak məlumat verib.Bildirilib ki, eyni zamanda iğtişaşlarda 100-dən çox insan isə yaralanıb.