DÜNYA


Kamerunda torpaq sürüşməsində azı 15 nəfər ölüb

Kamerunun paytaxtı Yaounde şəhərində torpaq sürüşməsi nəticəsində azı 15 nəfər həyatını itirib. Şahidlərin dediyinə görə, onlarla insan 20 metr hündürlüyündəki torpaq bəndin altındakı meydançada dəfn mərasimində iştirak edirdi. Gözlənilmədən torpaq sürüşməsi baş verib və onlar torpağın altında qalıblar. Yaounde Afrikanın ən rütubətli şəhərlərindən biridir. Güclü yağışlar bu il ölkə boyu bir neçə dağıdıcı daşqınlara səbəb olub, infrastrukturu zəiflədib və minlərlə insan evlərini tərk edib.