DÜNYA


BMT: Əfqanıstanda qida çatışmazlığı rekord həddə çatıb

Əfqanıstanda qida çatışmazlığının səviyyəsi bütün zamanların ən yüksək həddinə çatır və ölkənin demək olar ki, yarısı aclıqdan əziyyət çəkir. AZƏRTAC “NBC News”a istinadla xəbər verir ki, bu barədə BMT-nin Qida Agentliyinin Kabildəki nümayəndəsi Filip Kropf bildirib. Onun sözlərinə görə, hazırda ölkədə hər ikinci insan qidalanma ilə bağlı problemlər yaşayır. 40 milyon əhalisi olan ölkədə 7 milyon uşaq (5 yaşdan aşağı) və analar pis qidalanır.