DÜNYA


Şərqi Yerusəlimdə atışma baş verib

Yerusəlimdə 21 yaşlı sakininin törətdiyi terror aktından 24 saat keçmədən növbəti atışma baş verib. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hadisə şəhərin şərq hissəsində izdiham arasında törədilib. İlkin məlumata görə atəş açan şəxsin 13 yaşlı yeniyetmə olduğu bildirilir. O, beş nəfərdən ibarət qrupa atəş açıb və onlardan ikisi yaralayıb,vəziyyəti ağır olanlar isə xəstəxanaya yerləşdirilib.