DÜNYA


Türkiyənin Malatya şəhərində polislər uşağı dağıntılar altından çıxararaq xilas ediblər

Kahramanmaraşda zəlzələdən zərər çəkən Malatyada xüsusi əməliyyat polisi 5 nəfəri dağıntılar altından çıxarıb.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, Malatya şəhər mərkəzində zəlzələ nəticəsində uçan binada xilasetmə işlərinə xüsusi hərəkat polisi də dəstək verib. Xüsusi əməliyyat qüvvələri zirzəmidən səs eşidildikdən sonra əvvəlcə həyat üçbucağı yaradıblar. Bir ailənin üzərindəki beton hissəni çəkiclə sındıran xüsusi əməliyyat polisləri qrupları 2-si uşaq olmaqla 5 nəfəri bir-bir dağıntılar altından çıxararaq xilas ediblər.