ELM VƏ TƏHSİL


Xaricdə təhsil alıb amma diplomları tanınmayanların diqqətinə

Əvvəlki müddətdə xaricdə təhsil almış və mənfi qərar verilən şəxslər diplomlarının tanınması üçün təkrar müraciət edə bilər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova deyib. O, bildirib ki, kredit sayları qalan şəxslərə də imtina qərarı verilmişdi. Bundan sonra həmin şəxslər istəklərinə uyğun şəkildə yerli universitetlərə müraciət edə bilərlər.