ELM VƏ TƏHSİL


Xarici diplomların tanınması üçün keçiriləcək imtahanlarda iştirak qiyməti açıqlanıb

Xaricdə təhsil almış şəxslərin diplomlarının tanınması üçün keçiriləcək imtahanlarda iştirak qiyməti açıqlanıb. AZƏRTAC xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova məlumat verib. Onun sözlərinə görə, xaricdə təhsil almış müraciətçilər üçün qiymətləndirmə imtahanlarının keçirilmə qrafikini Dövlət İmtahan Mərkəzi tənzimləyəcək. İmtahanlar ildə bir və iki dəfə yox, mütəmadi keçiriləcək və ödəniş 250 manat təşkil edəcək.