DÜNYA


Suriyada zəlzələ qurbanlarının sayı 1600-ü ötüb

Suriyada episentri Türkiyənin Kahramanmaraş bölgəsi olan dağıdıcı zəlzələlərin qurbanlarının sayı 1602 nəfərə çatıb. Bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Suriyadakı nümayəndə heyətinin rəhbəri Mads Brinç Hansen bildirib. Onun sözlərinə görə, daha 3649 nəfər yaralanıb. Məlumata görə, zəlzələnin təsir etdiyi bölgələrdə axtarış-xilasetmə əməliyyatları davam edir.