DÜNYA


Zəlzələdən əziyyət çəkən vətəndaşlara ödəniləcək ilkin məbləğ açıqlanıb

Təxribatçılara fürsət verməməyinizi istəyirəm. Bu gün birlik olma zamanıdır. Zərərin müəyyənləşdirilməsi ilə birlikdə ailələrə dəstəyimizi verəcəyik. AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşa səfəri zamanı söyləyib. Türkiyə dövlətinin başçısı zəlzələdən əziyyət çəkən vətəndaşlara ödəniləcək ilkin məbləği açıqlayıb.