MƏDƏNİYYƏT


Nyu-Yorkda Novruz şənliyi keçirilib

ABŞ-ın Nyu-York şəhərində Novruz bayramı münasibətilə şənlik kecirilib. 10 ildir Nyu-Yorkda yerləşən "My Way" (mənim yolum) Uşaq və Gənclərin Yaradıcı İnkişaf Mərkəzinin təşkilatçılığı ilə baş tutan bayram şənliyində diasporumuzun üzvləri, Azərbaycan və türk, özbək, yəhudi, gürcü icmalarının fəalları iştirak ediblər.
Tədbir iştirakçılarını salamlayan mərkəzin direktoru Alyona Bədəlova dünya azərbaycanlılarını Novruz bayramı münasibətilə təbrik edib.
Mərkəzdə rəsm, rəqs və müxtəlif sahədə fəaliyyət göstərən uşaqların əl işləri nümayiş etdirilib. Bayram şənliyi mərkəzdə fəaliyyət göstərən rəqs qruplarının iştirakı ilə milli musiqimizin və rəqslərimizin ifa olunması, Novruza xas əyləncəli oyunların keçirilməsi və uşaqlara hədiyyələrin paylanması ilə davam edib.