DÜNYA


Canlı efir zamanı Pakistanda zəlzələ anları

Pakistanda yaşayış binalarının damlarının və divarlarının uçması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. 

ABŞ Geoloji Xidməti 6,5 bal gücündəki zəlzələnin episentrinin Əfqanıstanın Pakistan və Tacikistanla həmsərhəd dağlıq Hindukuş bölgəsində Jurm şəhərindən 40 kilometr cənub-şərqdə olduğunu bildirib. Zəlzələ Yerin 188 kilometr dərinliyində baş verib və geniş ərazidə hiss edilib.