Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ürək tutmasından ölüm halları artıb

27.03.2023 [18:37]

Son zamanlar ölkəmizdə ürək-damar xəstəliklərindən ölüm hallarında artım müşahidə edilir. Bir neçə gün əvvəl bu məsələ ilə bağlı, sosial şəbəkələrdə yayılan ölkələr arası statistikada Azərbaycanın ilk pillədə yer alması, bizi bir daha düşünməyə vadar edir. Bəs mütəxəssislər bu haqda nə düşünür?
Həkim-kardioloq Fərid Əliyevin sözlərinə görə nəinki ölkəmizdə, eləcə də dünyada ürək-damar xəstəliklərinin artımı məhz post pandemiya dönəmində başladı. O eyni zamanda diqqətə çatdırdı ki, koronavirus və bu tip xəstəliklərin fəsadları ən çox ürək və qan damar sistemində özünü biruzə verir.